Modern.az

Ronaldo daha bir mükafata layiq görüldü

Ronaldo daha bir mükafata layiq görüldü

Aktual

21 Mart 2017, 16:41

Madrid “Real”ının və ümumən dünya futbolunun olduzu Kriştiano Ronaldo daha bir mükafata layiq görülüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Portuqaliya yığmasının əsas oiyunçusu ölkəsində “İlin futbolçusu” seçilib.

2016-cı ildə Portuqaliya Ronaldonun da zəhməti sayəsində Avropa çempionluğunu qazanıb.

Ulduz futbolçu, mükafatı “İlin ən yaxşı məşqçisi” seçilən Portuqaliya yığmasının baş məşqçisi Fernando Santosun əlindən alıb.

Ronaldo ötən il Portuqaliya yığmasıyla Avropa çempionu, “Real”la Çempionlar Liqasının qalibi olub, “Qızıl top” mükafatını qazanıb, FİFA tərəfindən “İlin futbolçusu” seçilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!