Modern.az

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

Aktual

21 Mart 2017, 20:38

Azərbaycanın əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov dünyasını dəyişib. Modern.az xəbər verir ki, teatrdan verilən məlumata görə, Əsgər Rəhimov ağır xəstə idi.  Əməkdar artist üç gün əvvəl qaraciyərindən əməliyyat olunmuşdu.

1956-cı ilin noyabrın 27-də anadan olan aktyor 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən S.Vurğun ad. Rus Dram teatrına qayıdıb. Bu illər ərzində teatr səhnəsində bir çox rol oynayıb. Onun yaratdığı Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Hiqqins "Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. O, 9 may 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır