Modern.az

Ən sağlam ürəyə malik xalqın adı AÇIQLANDI

Ən sağlam ürəyə malik xalqın adı AÇIQLANDI

Aktual

21 Mart 2017, 21:40

Dünyada ən sağlam ürəyə və arteriya sisteminə malik xalq Boliviyada yaşayan tsimane tayfasıdır.

                                                                   

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Meksiko Universitetinin alimləri müəyyənləşdiriblər ki, onlar gec-gec ürək problemləri ilə üzləşirlər və hətta 80 yaşlı tsimanelinin arteriaları 55 yaşlı amerikalının damarlarından daha cavandır.

 

Alimlər Boliviyanın şimal-şərqindəki tropiklərdə yaşayan tsimanelərin 85 kəndini ziyarət ediblər və 40-94 yaş arasında 705 nəfəri müayinədən keçiriblər. Onların 85%-də ürək problemi ümumiyyətlə yox idi, yalnız 13%-də aşağı, 3%-də isə orta dərəcəli üərk çatışmazlığı aşkarlanmışdı.

Eyni vaxtda, 6814 amerikalının tibbi yoxlanışı zamanı onların yarısında orta yaxud yüksək səviyyədə ürək çatışmazlığı tapılıb.

 

Araşdırmalar tsimanelərin ürək sağlamlığını onların qida rasionu ilə əlaqələndirirlər. Belə ki, onların rasionu 72% zülaldan, 14% isə piydən ibarətdir. Amerikalılarda isə rasion 52% zülaldan, 34% piydən ibarətdir. Tsimanelərin daim hərəkətdə olması, ovçuluq, balıqçılıqla məşğuliyyəti, meyvə toplaması, 7 saat ayaqda qalmaları da əsas amillərdən biri kimi göstərilib.

 

Alimlərin fikrincə, bu araşdırma pəhrizin faydalı olması və fiziki aktivliyin müsbət cəhətlərini bir daha sübuta yetirir.

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir