Modern.az

Azərbaycan və Almaniya oyununu italiyalı hakimlər idarə edəcək

Azərbaycan və Almaniya oyununu italiyalı hakimlər idarə edəcək

Aktual

21 Mart 2017, 21:45

Futbol üzrə Azərbaycan və Almaniya milli komandaları arasında Bakıda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi oyununu idarə edəcək hakimlərın adı açıqlanıb. Modern.az "Report"a istinadən xəbər verir ki, görüşün baş hakimi italiyalı Daniele Orsato olacaq. Ona həmyerlilərindən Mauro Tonolini və Rikkardo Di Fiore yan xətt, Marko Quida isə 4-cü hakim qismində kömək edəcək olacaq.

42 yaşlı Orsato 2010-cu ildən beynəlxalq dərəcəli hakim statusu alsa da, 2 il sonra elit kateqoriyaya keçib. O, indiyədək idarə etdiyi 50 beynəlxalq görüşdə meydan sahiblərinin əleyhinə 88 sarı və 6 qırmızı vərəqə göstəribsə, qonaqlarda bunların sayı müvafiq olaraq, 96 və 8 olub. Penalti sayında isə meydan sahibləri 7, qonaqlar 9 dəfə cəzalanıb. O, Azərbaycan millisinin oyununu ilk dəfə idarə edəcəyi halda, Bundestimin matçında ikinci dəfə iş başında olacaq. İlk dəfə Orsato 2011-ci il sentyabrın 6-da Polşa və Almaniya yığmaları arasındakı yoldaşlıq görüşünü idarə edib. 2:2 hesablı heç-heçə ilə yekunlaşan görüşdə referi komandaların lehinə hərəyə bir penalti təyin edib, qonaqların oyunçusunu meydandan qovub. Almaniya millisinin qollarını vuranlardan nə Toni Kroos, nə də Kakau yığmaya çağırılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir