Modern.az

Sabiq prezidentlər Qarabağ üzrə yeni konsepsiya hazırlayırlar

Sabiq prezidentlər Qarabağ üzrə yeni konsepsiya hazırlayırlar

Aktual

21 Mart 2017, 21:56

Baltik-Qara dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin ekspertləri postsovet məkanında millətlərarası münaqişələrin nizama salınmasının prinsipial olaraq yeni konsepsiyasını hazırlayırlar. Modern.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında Mərkəzin prezidenti İrina Vereşuk bildirib.

Onun sözlərinə görə, yeni konsepsiyanın hazırlamasına Rusiyanın, Ukraynanın, Moldovanın, Belarusun, Latviyanın, Litvanın, Estoniyanın, Polşanın, Bolqarıstanın və başqa ölkələrin keçmiş dövlət başçıları və hökumət üzvləri cəlb olunublar.

"İndi nizamasalma prosesi dalana dirənib. Döyüş əməliyyatları dayandırılandan sonra ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ üzrə danışıqlar davam etdirildi. Ancaq indiyə qədər heç bir nəticə yoxdur. Ukrayna ilə bağlı Minsk razılaşmaları, Dnestryanı münaqişə, Abxaziya, Cənubi Osetiya üzrə danışıqlar haqda da eyni sözləri demək olar. Bu, insanların əhval-ruhiyyələrinə neqativ təsir edir, onlar danışıqların sonsuz və nətcəsizliyindən yorulmağa başlayır, sülh nizamlanmasının mümkünlüyünə inamı itirirlər”, - deyə Vereşuk vurğulayıb.

Onun sözlərinə görə, bu cür vəziyyətdən sonra danışıqların legitimliyinə olan inamın itəcəyini də gözləmək olar.

Vereşuk hesab edir ki, münaqişə tərəfləri arasında heç olmasa minimal etibar yaradılmasına imkan verə biləcək körpü yoxdur. Halbuki onsuz münaqişə edən tərəflər barışmaz mövqelərdə qalacaqlar: "Bu səbəbdən biz sülh üzrə dialoqun yeni formalarını axtarmağa başladıq. Çünki Asiyada, Latın Amerikasında, Qərbi Avropada və s. yerlərdə sınanılan formalar MDB regionunda işləmir.

Keçmiş SSRİ məkanındakı münaqişələrdə həm spesifik, həm də ümumi xüsusiyyətlər var. Məsələn, insanlarda ümumi sovet düşüncəsi hələ də qalmaqdadır. Dialoqun yeni formalarını məhz bu xüsusiyyətləri nəzərə alaraq hazırlamaq lazımdır”.

Onun sözlərinə görə, münaqişələrin nizama salınmasının yeni prinsipləri üzərində ekspertlərin işi təxminən 2017-ci ilin iyununa yekunlaşacaq.

"Sonra layihə Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Krım və Donbas münaqişəsinə cəlb edilmiş altı ölkəyə təqdim olunacaq. Bu, münaqişələrin həlli ssenarisi deyil, ümumi freyminqdir. Və hər bir ölkə buraya öz milli, dini və mədəni incəliklərini daxil edə bilər", - deyə Vereiuk sonda bildirib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı