Modern.az

Sabiq prezident 14 saat dindirilib

Sabiq prezident 14 saat dindirilib

Dünya

21 Mart 2017, 22:12

Cənubi Koreya prokurorluğu bu gün ölkənin sabiq prezidenti Pak Kın Xenin dindirilməsini başa çatdırıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, dindirilmə prosesi 14 saat çəkib. Pak Kın Xe ona qarşı irəli sürülən bütün ittihamları tamamilə rədd edib.

Qeyd edək  ki, ötən il Cənubi Koreya parlamenti Pak Kın Xeni korrupsiyada və hakimiyyətdən sui-istifadədə təqsirləndirərək onun impiçmentinə səs vermişdi. Ölkə qanunlarına əsasən, Konstitusiya Məhkəməsinin bununla bağlı qərar qəbul etdiyi vaxtdan sonrakı 60 gün müddətində növbədənkənar prezident seçkiləri keçirilməlidir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir