Modern.az

Daxili işlər naziri istefa verdi

Daxili işlər naziri istefa verdi

Dünya

21 Mart 2017, 22:36

Fransanın daxili işlər naziri Brüno Le Ru istefa verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Brüno Le Ru nazir postunda cəmi  3 ay və 15 gün ərzində qala bilib.

Qeyd edək ki, bu günlərdə Fransa prokurorluğu nazirə qarşı istintaq araşdırmasının başladığını bəyan edib. Məlumata görə, nazirin iki qızı vaxtilə parlamentdə onun köməkçiləri vəzifəsində çalışıb. Məktəbli və tələbə olan qızlara ümumilikdə 55 min avro əməkhaqqı verilib.

Qeyd edək ki, Bryuno Le Ru işğal edilmiş Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı"sına salınmış şəxslərdəndir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?