Modern.az

Rusiya SSRİ-nin sonuncu xarici borcunu ÖDƏDİ

Rusiya SSRİ-nin sonuncu xarici borcunu ÖDƏDİ

Aktual

21 Mart 2017, 23:21

Rusiya Sovet İttifaqının varisi kimi Bosniya və Hersoqovina dövlətinə SSRİ-dən qalmış 125,2 milyon dollar borcu ödəyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bu gün Sarayevo şəhərində imzalanıb. Razılaşmaya görə, müqavilə imzalandıqdan sonra 45 təqvim günü ərzində borc ödənəcək. Bu barədə məlumatı Rusiyanın maliyyə nazirinin müavini Sergey Stroçak da təsdiqləyib.

 

Bosniya və Hersoqovina SSRİ-nin borcunun ödənmədiyi yeganə keçmiş Yuqoslaviya respublikalarından biri idi. Serbiya, Monteneqro, Xorvatiya, Sloveniya və Makedoniyanın borcu 2011-2016-cı illər ərzində ödənmişdi.

 

SSRİ-nin xarici dövlətlər qarşısında borcu müxtəlif yollarla formalaşmışdı. Bu ölkələr nəticədə Paris Klubunu formalaşdırmışdılar. SSRİ 1983-cü ildən sonra aktiv xarici borc alırdı. Razılaşmaya görə, Rusiya SSRİ-nin borcunu 2115-ci ilə qədər hissə-hissə ödə bilsə də, bunu dərhal etməyi üstün tutub.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir