Modern.az

Somalidəki terror 50 can aldı

Somalidəki terror 50 can aldı

Dünya

21 Mart 2017, 23:15

Somalinin paytaxtı Moqadişoda törədilən partlayışda ölənlərin sayı artır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bir-birinin ardınca baş verən dörd partlayış nəticəsində 50 nəfər həyatını itirib. Hadisə nəticəsində daha 10 nəfər ağır xəsarət alıb.

Qeyd edək ki, terror aktlarına görə, məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

“Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi