Modern.az

Xaçmaz sakini qatarın altında qalaraq ölüb

Xaçmaz sakini qatarın altında qalaraq ölüb

Aktual

22 Mart 2017, 09:37

Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb.

 

"Report"un Şimal bürosu xəbər verir ki, gecə saat 00.10 radələrində Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı Azərbaycan Dövlət Dəmir Yolunun 155-ci km-də - Xaçmaz dəmiryol stansiyası yaxınlığında yolu keçmək istəyən 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub.

 

 

Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib. Mərhumun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

 

 

Hazırda Xaçmaz Prokurorluğu və Dəmiryol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Yol hərəkəti təhlükəsizliyinə əməl etməyən, mərkəzi dəmiryol stansiyasının ərazisində işıqlandırmaya baxmayaraq, piyadanı görməyib qəza törədən qatarın maşinisti və köməkçisi sərxoş və ya ayıq olduqları müəyyən olunması üçün həkim müayinəsinə göndəriliblər.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir