Modern.az

Əhmədinejad oğlunun qaynatasını işdən çıxardı

Əhmədinejad oğlunun qaynatasını işdən çıxardı

11 Aprel 2011, 12:00

İran prezidenti Mahmud Əhmədnejad imzaladığı sərəncamla Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Maşaini istefaya göndərib. Modern.az saytı xəbər verir ki, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

Maşai Əhmədnejadın yaxın qohumudur. Belə ki, İran prezidentinin oğlu Maşainin qızı ilə evlənib. Bundan əvvəl isə vitse-prezident olan Maşai mühafizəkar kəsimin sərt tənqidindən sonra vəzifəsindən çıxarılmışdı. Maşai bir qədər modern baxışları ilə fərqlənib. Belə ki, vitse-prezident olarkən öz çıxışlarında müsiqinin haram olduğu barədə deyilən fitvaların əleyhin çıxıb və İsraillə dostluq əlaqələrinin saxlanmasının tərəfdarı olub. Bununla da radikal siyasətçilərin qəzəbinə tuş gəlib.

Bundan sonra ali dini lider Xamneinin əmri ilə  Maşai vəzifəsindən uzaqlaşdırlıb. Ara sakitləşəndən sonra Əhmədnejad onu Adminsitrasiyanın rəhbəri təyin etmişdi. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir