Modern.az

Hacı İlqar İbrahimoğlu Parisin müsəlman məhəllərini gəzib

Hacı İlqar İbrahimoğlu Parisin müsəlman məhəllərini gəzib

11 Aprel 2011, 12:10

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu Avropa Şurasının dəvəti ilə Parlament Assambleyasının növbəti sesiyasina qatılmaq üçün Avropaya səfər edib. Bu barədə Modern.az-a DEVMM-dan bildiriblər. Səfər çərçivəsində digər mühüm məsələ - ATƏT-in dəvəti ilə İnsan Ölçüləri üzrə tədbirdə iştirakla bağlıdır.

Səfərin ilk günləri Fransanın paytaxtı Parisdən başlamış və əsas mahiyyəti ilə elmi-dini xarakter daşıyıb.

Hacı İlqar İbrahimoğlu səfərin ilk günündə Həzrət Zeynəbin (s.ə.) mövlud günləri münasibətilə Parisdə 1984-cü ildən fəaliyyət göstərən “Məhfeli-Zeynəb” adlanan islami mərkəzi ziyarət edib.

Səfər çərçivəsində Parisdə müsəlmanların kompakt yaşadıqları məntəqələrlə tanışlıq olub. Parisdə olan müddət ərzində müsəlmanların kompakt yaşadıqları ərazilərdə real vəziyyətin öyrənilməsi məsələsi də durur.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir