Modern.az

Qənirə Paşayeva Tovuzun cəbhə kəndlərində sakinlərə görüşüb

Qənirə Paşayeva Tovuzun cəbhə kəndlərində sakinlərə görüşüb

Aktual

22 Mart 2017, 14:26

Deputat Qənirə Paşayeva bayramda Tovuzun ön cəbhə kəndlərində ailələri ziyarət edib, qayğıları ilə maraqlanıb.

 

 

Deputat Qənirə Paşayeva İlk öncə  Tovuzun Ağdam kəndində sakinlərlə görüşüb, kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək onların bayramlarını təbrik edib.

 

 

Şəhid ailələrini  ziyarət edən millət vəkili Q. Paşayeva kənddə bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Sakinlər millət vəkilindən Ağdam kəndinin bərbad vəziyyətdə olan yolunun düzəldilməsi üçün təkrar lazımi qurumlara müraciət etməsini xahiş ediblər. Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etdiyini deyən millət vəkili Bakıya dönən kimi hökumətə ön cəbhə sakinlərinin bu xahişi ilə bağlı tərar  müraciət edəcəyini vurğulayıb.

 

 

Qənirə Paşayeva həmçinin bir neçə gün əvvəl ön cəbhədə şəhid olmuş Tovuzun Yanıqlı kənd sakini şəhid Elvin Əhmədovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb. Millət vəkili bəzi kənd sakinləri ilə də görüşüb və onların qaldırdığı məsələlərlə bağlı müvafiq qurumlarla müzakirə aparacağını bildirib. Bir neçə gün öncə ön cəbhədə şəhid olmuş Tovuzun Yuxarı Öysüzlü kəndindən olan şəhid  Abbasov Həsənəli Çingiz oğlunun da ailəsinə baş çəkən millət vəkili Q.Paşayeva ailənin qayğıları ilə maraqlanıb və kənd sakinləri ilə də görüşüb. Rayonun bir sıra kəndlərindən seçiciləri qəbul edən millət vəkili bəzi kəndləri ziyarət edərək sakinlərin bayramını təbrik edib, qayğı və problemləri ilə maraqlanb. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.   

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi