Maliyyə Nazirliyinin İnfrastuktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri Mərdan Mərdanov vəfat edib.
Modern.az xəbər verir ki, məmurun ölümü sağlamlığında yaranmış problemlə bağlı olub. O, Xırdalan qəbirstanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Mərdan Mərdanov Azərbaycan Yazıçılar Birliyinin katibi və “525-ci” qəzetin baş redaktoru Rəşad Məcidin dayısı, Laçın rayonundan keçmiş deputat Elbrus Təhməzovun isə qardaşı olub.
Allah rəhmət eləsin
Vüqar İSMAYILOV