Modern.az

Bakıda 3 otaqlı ev yandı

Bakıda 3 otaqlı ev yandı

Aktual

22 Mart 2017, 16:59

Paytaxtda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 36 m2 sahədə, 1 otağın və dəhlizin yanar konstruksiyaları 36 m2 sahədə yanıb.

 

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir