Modern.az

Bərdədəki qəzada ölənlərin adı açıqlandı, Yenilənib

Bərdədəki qəzada ölənlərin adı açıqlandı, Yenilənib

Aktual

22 Mart 2017, 22:29

Bərdədə baş verən yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində Bərdə sakinləri – 20 yaşlı Kərimov Təbriz Nadir oğlu, 18 yaşlı Abdullayev Rahib Knyaz oğlu və 19 yaşlı Yəhyayev Orxan Rəhbər oğlu ölüb. Onların hamısı "VAZ-2106" markalı minik avtomobilində olublar.

Qəza zamanı "Mercedes ML"də olan Ağdam sakinləri - 1973-cü il təvəllüdlü sürücü Behbud Rəhimov, onun 1981-ci il təvəllüdlü həyat yoldaşı Gülnar Rəhimov və onların 2004-cü il təvəllüdlü övladı Fərid Rəhimov yaralanıb.

 

 

21:29

 

Bərdədə baş verən qəzada ölənlərin sayı üç nəfərə çatıb. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobillə "Mercedes"in toqquşması nəticəsində  "Jiquli" bir neçə dəfə fırlanaraq aşıb. Bu səbəbdən ölənlərin məhz "06"dakı sürücü və sərnişinlərdən olduğu ehtimal edilir. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

20:27

 

Bərdədə ağır yol qəzası baş verib. Modern.az xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndinin ərazisində baş verib.

İlkin məlumata görə, VAZ 2106 və “Jeep” markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralananlar var. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir