Modern.az

Qəzada bir ailənin iki üzvü öldü

Qəzada bir ailənin iki üzvü öldü

Aktual

22 Mart 2017, 20:58

Cəlilabadda baş verən yol qəzasında bir ailənin iki üzvü ölüb, ikisi ağır yaralanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, ölənlər Masallının Ərkivan qəsəbə sakinləri,  “VAZ 2106”-nın sürücüsü 1980-cı il təvəllüdlü Pərviz Abas oğlu Xəlilov və sərnişin, 1970-ci il təvəllüdlü Səbiyyə Ağalı qızı Xəlilovadır.

Yaralılar 1962-ci il təvəllüdlü Famil Kamil oğlu Xəlilov və onun  oğlu,  2001-ci il təvəllüdlü  Əsəd Xəlilovdur.

Yaralıların vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə yola salınıb.

“Chevrolet” markalı minik avtomaşınında olan iki nəfər yüngül xəsarət alıb.

Qeyd edək ki, hadisə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. ”VAZ-2106” markalı maşınla “Chevrolet” markalı avtomobil toqquşub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir