Modern.az

Gömrük Komitəsinin sədri: “4 min dollara «BMW X5” harda görmüsünüz?”

Gömrük Komitəsinin sədri: “4 min dollara «BMW X5” harda görmüsünüz?”

11 Aprel 2011, 12:41

Aydın Əliyev: “Belə qiymət olmayıb və olmayacaq”

Xaricdən Azərbaycana avtomobil idxalı ilə məşğul olan bəzi iş adamları gömrük rüsumlarından yayınmaq üçün avtomobillərin bəyannamədəki qiymətini saxta yolla aşağı göstərirlər.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.(APA)

A.Əliyev bildirib ki, indi istənilən şəxs komitənin rəsmi veb-saytına daxil olmaqla hansı avtomobil üçün nə qədər rüsum və ya aksiz vergisi ödənilməsini hesablaya bilər. Bununla yanaşı, komitə sədri bəzi iş adamlarının ödəmələrdən yayınmaq üçün avtomobillərin qiymətini qəsdən aşağı göstğərdiyini bildirib. Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün Avtonəqliyyat Gömrük İdarəsində xüsusi ekspertlər də fəaliyyət göstərir və maşını onlar da qiymətləndirirlər: «Yəni, hamıya məlumat vermək istəyirəm ki, bu günə qədər də olmayıb, bundan sonra da olmayacaq ki, «BMW X5» və ya «Lexus» maşınları 2 min və ya 4-5 min dollara olsun. Sonra da şikayət edirlər ki, niyə bu qiymətə rəsmiləşdirilmir. Çünki bu qiymətə X5 və ya «Lexus» olmur».

Komitə sədrinin sözlərinə görə, əslində bu maşınların qiyməti göstəriləndən qat-qat yüksəkdir: «Onlar xaricdə daha az qiymətlə müqavilə bağlayırlar. Yəni, 2 minə sənəd gətirirlər ki, bu «Lexus»un qiyməti budur. Hətta 5-6 ilin maşını da olsa, 2 min heç onun metal dəyəri deyil. Şəffaflıq olmalıdır, amma dövlət büdcəsindən pulu yayındırmaq olmaz. Onların da borcudur, şəffafılığı təmin etsinlər».

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir