Modern.az

İŞİD-in 180 lideri məhv edilib

İŞİD-in 180 lideri məhv edilib

Dünya

22 Mart 2017, 23:16

İŞİD-lə mübarizə üzrə koalisiya indiyə qədər İŞİD-in 180 liderini məhv edib. Modern.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb.

“Koalisiya qüvvələri İŞİD-ə indiyə qədər 19 min zərbə endiriblər. Nəticədə on min İŞİD döyüşçüsü, İŞİD-in 180 yüksək vəzifəli şəxsi məhv edilib. Döyüş meydanında Bağdadinin bütün müavinləri, İŞİD-in hərbi, informasiya, maliyyə, neft, xarici əməliyyatlar üzrə nazirləri yox edilib”, – məlumatda bildirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır