Modern.az

Almaniya öz vətəndaşlarını deportasiya edir

Almaniya öz vətəndaşlarını deportasiya edir

Dünya

22 Mart 2017, 23:32

Almaniya hökuməti terrorçuluğu dəstəkləməkdə ittiham edilən vətəndaşlarını deportasiya edəcək. Modern.az “BBC”yə istinadən xəbər verir ki, söhbət 27 yaşlı əlcəzairli və 22 yaşlı nigeriyalı miqrantların ailəsində Almaniyada anadan olan, bu ölkənin pasportunu daşıyan şəxslərdən gedir.

Evlərində aparılan axtarış zamanı hər iki şəxsdən İŞİD bayraqları tapılıb. Hökumətin fikrincə, bu insanlar cəmiyyət üçün təhlükə mənbəyidir.

Məlumata görə, hər iki şəxs aprel ayında deportasiya olunacaq. Bu, Almaniya tarixində ölkənin öz vətəndaşlarının deportasiyası barədə qəbul etdiyi ilk qərar olacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?