Modern.az

Babayan silah  qaçaqmalçılığında ittiham olundu

Babayan silah  qaçaqmalçılığında ittiham olundu

Dünya

23 Mart 2017, 00:13

“Dağlıq Qarabağ Respublikası”nın sabiq müdafiə naziri Samvel Babayanın saxlanılması səbəbi məlum olub. Modern.az xəbər verir ki, Ermənistan mediası Milli Təhlükəsizlik Xidmətinə istinadən  Samvel Babayanın saxlanılması ilə bağlı məlumat yayıb.Məlumata görə, S.Babayan və daha iki şəxs “İqla” zenit-raket kompleksinin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.

 

İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər S.Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər. Hazırda zenit-raket kompleksinin əldə edilməsinin motivləri, mümkün hədəfləri və maliyyə mənbəyi öyrənilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı