24 iyun 2017, Şənbə
Ana Səhifə - İQTİSADİYYAT - Azərbaycana güclü turist axını gözlənilir
Azərbaycana güclü turist axını gözlənilir
23.03.2017, 10:36

Bu il Novruz bayramı ilə əlaqədar turist axınının daha çox olacağı deyilirdi. Xüsusilə, İrandan, ərəb ölkələrindən və Rusiyadan Azərbaycana axın edən turistlərin sayının çox olacağı bildirilirdi. Təbii ki, deyildiyi kimi də oldu.

 

İstər paytaxtda, istərsə də regionlarda turistlərə hər addımbaşı rast gəlmək mümkündür. Digər tərəfdən isə bu il bayram günlərində günəşli havanın yerini qarşı-şaxtalı hava şəraiti əvəz etməkdədir. Belə hava şəraiti turistlərn əhvalına necə təsir edib?

 

Turistlərin sayının çox olması otellərdə yer problemi yaratmayıb ki?

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a açıqlamasında bir çox suallara aydınlıq gətirib. 

 

“İslam Oyunları ərəfəsində turist axını güclənəcək”

 

“Artıq neçə illərdir ki, turistlər xüsusilə Novruz bayramında Bakıya axın edir. Onların sayı ildən-ilə artır. Turist qəbul edən Azərbaycan artıq bu sahədə böyük təcrübə toplayıb. Ona görə də  əcnəbi turistlərin istək və arzularını həyata keçirmək üçün çox işlər görürlər. İranlı turistlərin sayı ildən-ilə daha çox artır. Novruz bayramı Azərbaycanda rəngarəng və maraqlı keçdiyindən turistlər əyləncəli istirahətlərini burada keçirməyə üstünlük verirlər.

 

Bildiyiniz kimi, bu il Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hətta, İslam Oyunları ərəfəsində müsəlman ölkələrindən gələn turistlərin sayı daha da çox olacaq. Turizmin inkişafında sabitlik və qonaqpərvərlik böyük rol oynayır. Məhz bu amillər Azərbaycanda var. Azərbaycan turizmin inkişafı üçün əlverişlidir”.

 

“Otellərin sayı artırılmalıdır”

 

Turizm Assosiasiyası sədrinin müşaviri deyir ki, bu il iranlı tuirstlərin çoxu evlərdə qalmalı olub.

 

“Azərbaycanda turizmin inkişafı ilə əlaqədar otellərin sayı da artırılmalıdır. Xüsusilə, bir və ikiulduzlu otellərin, hostellərin inkişafına üstünlük verilməlidir. Turizm inkişaf edirsə, otellərin sayı çox olmalıdır. Bu il apardığımız müşahidələr göstərir ki, İrandan gələn turistlərin bir çoxu evlərdə qalmalı olub. Bu da otellərin az olmasına dəlalət edir. Məhz Bakıda və regionlarda otellərin sayı artırılmalıdır. Otellərin sayının çox olması həm təhlükəsizlik məsələlərinə görə, həm də dövlətə vergi vermək baxımından  vacibdir. Turistlərin otellərdə qalması, evlərdə qalmaqdan daha münasibdir. Çünki evlərdə  xidmət  yüksək səviyyədə həyata keçirilmir. Həmçinin, regionlarımızda infrastruktur yüksək səviyyədədir. Turistlər Qəbələ, Şamaxı, Quba, Qusar zonalarına üz tutublar”.

 

“Turistlərin çoxu hələ də Bakıdadır”

 

Bu ilki Novruz bayramında hava şəraitinin qarlı-şaxtalı keçməsinə gəlincə, Müzəffər Ağakərimov bildirib ki, bu, turistlərin əyləncəsinə təsir etməyib.

 

“Mart ayı 12 ay içində qeyri-sabit keçən aydır. Bəzən deyirlər ki, “mart çıxdı dərd çıxdı”. Ona görə də mart ayında belə hava şəraiti gözləniləndir. Bu baxımdan da bayram günlərində havaların bu cür keçməsi turistlərin əhvalına pis təsir göstərməyib. Turistlərin çoxu hələ də Bakıdadır”.

 

“Otellərdə boş yer yoxdur”

 

Müzəffər Ağakərimov bildirib ki, turistlərlə bağlı qanun pozuntusuna rast gəlinməyib.

 

“İldən-lə turistlərin sayı çoxaldığından turizm şirkətləri böyük təcrübəyə malikdirlər. Ona görə də turistlərin istək və arzularını həyata keçirmək üçün  pul xırdalanmasında, taksi xidmətlərinin göstərilməsində heç bir narahatlıq yoxdur. Bütün işlər yüksək səviyyədə aparılır. Dediyim kimi, turistləri qəbul etmək üçün qurumlar, restoranlar, otellər, nəqliyyat, ekskursiyalar öz fəaliyyətini yüksək səviyyədə həyata keçirir. Həmçinin, bu il turistlərin sayı keçən ilkindən daha çoxdur. Çünki keçən il otellərdə boş yerlər var idi. Bu il isə otellərdə bir dənə də olsun boş yer yoxdur”.

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
24.06.2017, 00:26

Eşitmə qabiliyyətinizin zəifləyəcəyinə tam əmin ola bilərsiniz - XƏBƏRDARLIQ

24.06.2017, 00:23

Tarkan Bakıda Formula-1 azarkeşlərinə konsert verdi - FOTOLAR

24.06.2017, 00:14

Mingəçevirdə iki yaşlı körpə ağcaqanad dərmanı içdi

23.06.2017, 23:56

Pakistanda Ramazan bazarlığındakı terrorda ölənlərin say 37-yə çatdı

23.06.2017, 23:50

“Qəbələ” Fransadan futbolçu aldı

23.06.2017, 23:42

Mənzil üçün müraciət edən jurnalistlərin SAYI

23.06.2017, 23:30

İŞİD Azərbaycandan nə istəyir – Antiterror Mərkəzinin rəhbərindən AÇIQLAMA

23.06.2017, 23:05

Azərbaycan nefti UCUZLAŞDI

23.06.2017, 22:24

Obama Rusiyaya belə zərbə vurmaq istəyib

23.06.2017, 22:03

İŞİD-in əsas maliyyəçisi məhv edildi

23.06.2017, 21:41

Ermənistan parlamentində Sarkisyanı ifşa etdilər: “Siz nədən danışırsınız, hər gün cəbhədə ölən əsgərlərdən?”       

23.06.2017, 21:16

Zakir Həsənovdan düşmənə MESAJ: “Torpaqlarımızı azad etməyə qadirik”

23.06.2017, 20:40

Mətbuat Şurası saytlarla bağlı şikayətlərə baxdı

23.06.2017, 20:27

Əhliman Əmiraslanov Milli Məclisdə problemləri dinlədi

23.06.2017, 20:19

Formula 1 yarışlarında ikinci sərbəst yürüşün nəticələri məlum oldu

23.06.2017, 18:56

Prokuror Bakıda polisi güllələyən şəxsə 13 il cəza istədi

23.06.2017, 18:45

Azərbaycanın Fransada yeni səfiri təyin edilib 

23.06.2017, 18:36

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verilib - SİYAHI

23.06.2017, 18:31

Şirvanda bina təmirinə 3 milyon manat ayrılıb

23.06.2017, 18:27

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur

23.06.2017, 18:22

İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

23.06.2017, 18:07

Moldova prezidentinin Azərbaycana səfəri bitdi

23.06.2017, 18:05

8 şahzadəyə insan alverinə görə hökm oxundu

23.06.2017, 17:50

"ALBATROS"  mağazasında da insanları aldadırlar

23.06.2017, 17:34

Ramazan münasibətilə 500 məhbus əfv olundu

23.06.2017, 17:29

Dövlət qulluğuna qəbulda yerlibazlıq mövcud idi...

23.06.2017, 17:21

Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılışı oldu

23.06.2017, 17:16

Formula 1 pilotlarının ikinci sərbəst yürüşü başlayıb

23.06.2017, 17:13

Dollar və manat - Üç gün üçün məzənnə dəyişmədi

23.06.2017, 17:05

Gülər Əhmədova banka qoyduğu əmanətin 30 min manatını geri alıb

23.06.2017, 17:04

Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova prezidenti Formula 1 Paddokunda - FOTO

23.06.2017, 17:03

Kamal Abdulla Çin diplomatı ilə görüşüb

23.06.2017, 16:54

"Formula-1"in sərbəst yürüşündə qəza olub  

23.06.2017, 16:41

 “Azərbaycan ordusunda tolerantlıq” adlı tədbir keçirildi

23.06.2017, 16:39

Göyçayda polis 3 oğurluğun üstünü açdı

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(5.55%)
- Dənizə gedə bilmirik(30.5%)
- Səhhətimizə mənfi təsir edir(13.8%)
- Əhvalım xoşallanır(8.33%)
- Məhsul qıtlığı yaranır(13.8%)
- Təsərrüfatıma ziyan dəyir(5.55%)
Yağış, dolu ruzi-bıərəkətdir(22.2%)