Modern.az

Rəsmi Bakı Londonda törədilmiş terror aktını PİSLƏDİ  

Rəsmi Bakı Londonda törədilmiş terror aktını PİSLƏDİ   

23 Mart 2017, 10:59

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır.

Modern.az xəbər verir ki, bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin  "Twitter" səhifəsində bildirilib.

Qeyd olunub ki, terrordan əziyyət çəkən dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır:

"Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq. Xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".

Qeyd edək ki, Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir