Modern.az

Darvin nəzəriyyəsini həqiqət sayan hicablı alim - MARAQLI 

Darvin nəzəriyyəsini həqiqət sayan hicablı alim - MARAQLI 

23 Mart 2017, 14:24

Təkamül nəzəriyyəsinə inanmayan və ya daha da pisi özündən 100% əmin bir şəkildə "o nəzəriyyənin səhv olduğu isbat edilib" deyən insanlar görəsən heç düşünür və maraqlanırlarmı ki, niyə dünyadakı tanınmış elm adamları bu nəzəriyyənin gerçək olduğunu iddia edir? Niyə ən böyük elmi təşkilatların hamısı bu nəzəriyyəsinin gerçək olduğunu deyirlər? Niyə inkişaf etmiş ölkələrdə nəzəriyyənin gerçək olduğuna inananların nisbəti inkişaf etməmiş ölkələrə görə daha yüksəkdir? Niyə təhsildə öndə gedən univeristetlərin təkamül araşdırma şöbləri vardır?


Orta əsrlərdə insanlar dini kitablarda elə yazdığı üçün dünyanın düz olduğuna inanırdı və bunun əksini iddia etmə cəsarətini göstərən elm adamlarını yandıraraq edam edirdilər. Onlara qarşı çıxırdılar. Bu gün dini səbəblərlə təkamül nəzəriyyəsinə qarşı çıxan insanların da əslində orta əsrlərdə elmə qarşı çıxanlardan heç bir fərqi yoxdur.


Bugün Amerika xalqının 40% -i dünyanın 10.000 yaşında olduğuna inanır. Gülünc görünür eləmi?

 

Bəs ömrü boyunca təkamül nəzəriyyəsi haqqında, heç bir mövzuda doğru düzgün kitab oxumamış, heç bir şeyi bilməyən, quru cahil bir şəxsin minlərlə elm adamının onlarla illik araşdırmalarla ortaya qoyduğu və haqqında milyonlarla səhifəlik akademik elmi kitablar yazılmış bir nəzəriyyəyə "gerçək deyil" deməyi necə? Bu da gülünc deyilmi?


Təkamül nəzəriyyəsinin gerçək olub olmadığını demək elm adamlarının işidir. Bütün ömrünü bu mövzunu araşdırmaya həsr etmiş və bu mövzuda minlərlə kitab oxumuş və araşdırma etmiş insanların işidir.


Təkamül nəzəriyyəsi bu gün Avropa xalqlarının böyük bir əksəriyyəti tərəfindən gerçək qəbul edilir. Katolik Kilsəsi və Papa belə təkamül nəzəriyyəsinin gerçək olduğunu qəbul etdi. ABŞ-da təhsilli insanların yaşadığı Şərq və Qərb sahilində də belə bir problem yoxdur. Problem ABŞ-ın daxili seqmentlərində yaşayan həddindən artıq dinci kəslər üstündən, onların dini duyğularını sui-istifadə edərək güc əldə etmək istəyən müəyyən qrupların etdiyi propaqandadan qaynaqlanır.

Bu təbliğatlar sayəsində daxili seqmentlərdə yaşayan həddindən artıq dinci və kifayət qədər cahil insanlar təkamül nəzəriyyəsini qəbul etmir. Qonşu ölkə olan Türkiyə cəmiyyətində cahil düşüncə mövcuddur. Son illərdə müəyyən seqmentlər burda təkamül nəzəriyyəsinə hücum edir. O kəslərin yazdıqları kitablar isə birbaşa amerikalı təkamül əleyhdarının əsərlərinin türk dilinə tərcüməsidir. Bu müəyyən seqmentlərin necə insanlar olduqlarını, necə şəbəkələr qurduqlarını, qeyri-qanuni işlərə məşğul olub, gəncləri aldadaraq və qurduqları təriqətləri, lüks həyatları Harun Yahya adlı birinin sayəsində görə bilirsiniz.

 


Bu yaxın günlərdə Almaniyada təhsil alan fizik Niyyət Bayramzadə genetik və molekulyar-bioloq Rana Dajanidi haqqında geniş bir məqalə yazmışdı.


QISA ARAYIŞ:

 

Rana Dajanidi hal-hazırda İordaniyada universitetlərin birində bu sahədə professor elmi rütbəsi ilə dərs deyir.

ABŞ-da Ayova Elm və Texnologiya Universitetində, Yeyl Kök Hüceyrələr Mərkəzində (Yale Stem Cell Center) araşdırmalar aparıb. Kembric və Oksfordda bir neçə dəfə elmi mühazirələr deyib. Həmçinin ərəb ölkələrində, Cənubi Amerikada elmi-ictimai tədbirlərdə sahəsi ilə bağlı çoxsaylı elmi-populyar mühazirələrlə çıxış edib

Rana Dajanidi təkamül nəzəriyyəsi haqqında belə deyir:


“Mən universitetdə təkamülü tədris edirəm. Tələbələrin demək olar ki, hamısı əvvəlcə təkamül ideyasına düşmən münasibətdə olurlar. Mənim bir tərəfdən hicab geyinməyimi, öz inancımı yaşamağımı, digər tərəfdən təkamülü bioloji müxtəlifliyin səbəbi kimi izah etməyimi, Çarlz Darvini Yer kürəsində həyatın əmələ gəlməsini qavramağımızda böyük töhfəsi olan dahi elm adamı kimi təqdim etməyimi görüb şok olurlar.

 

Çox hallarda mən onlara bu cür yanaşma sərgiləyən qarşılaşdıqları ilk müsəlman oluram… Hətta bəziləri bunu universitet rəhbərliyinə mənim İslam əleyhinə çalışdığım kimi şikayət edirlər. Amma elə tələbələr var ki, müzakirə etmək istəyirlər. Mən mühazirələrlə onlara bitkilərin təbii seleksiyasını, süni seleksiyanı, antibiotik müqaviməti, vaksinləri və s. izah edirəm. Kursun sonuna yaxın çox tələbə təkamülü mənimsəyib qəbul edirlər. Əgər müsəlman tələbələr bu cür mübahisəli akademik mövzuda sorğulaya bilərlərsə, onda onlar həyatlarının başqa aspektlərinə də eyni sorğulayıcı üslubda yanaşaraq mövcud status-kvonu kor-koranə qəbul etməzlər.

 

Bu vasitələr və davranışlar onların xarakterinin formalaşmasında və məsuliyyətli vətəndaşlar kimi yetişməsində çox əhəmiyyətlidir.”


Son olaraq qeyd edim ki, bir ölkəyə ediləcək ən böyük pislik o ölkənin insanlarını cahil buraxmaq ya da onlara səhv məlumat verməkdir. Bir ölkə işğal edilə və ya yandırıla da bilər. Amma insanlar o ölkəni yenidən qura bilərlər. Lakin insanlar təhsildən kənardırsa, dünyanın ən varlı ölkəsini onlara təslim etsəniz belə, o ölkə 10 ildə məhv olar. Ki,biz bunu Şərq ölkələri, xüsusən də nadir olaraq ortaya çıxan Rana Dajanidilərin yetişdiyi müsəlman ölkərində görə bilirik.

 

Düşünürəm ki, öz cəhalətini məğlub etməyin ən əhəmiyyətli qaydası cəhalətinin fərqində olmaqdır. Rana Dajanidi bunun fərqində olanlardandır. Bu yenilikçi qadın son 10 il ərzində özünün başlatdığı “WLR-We Love Reading” (Biz oxumağı sevirik) hərəkatı çərçivəsində İordaniyada 100-ə yaxın kitabxananın açılmasına səbəb olub. Bir ölkəyə edilə biləcək ən böyük pislik o ölkənin insanlarını cahil buraxmaq ya da onlara səhv məlumat verməkdir.

 

Taryel Abdullayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir