Modern.az

Ədəbi qəhrəmanların verdiyi ən vacib, möhtəşəm suallar hansılardır?- SORĞU  

Ədəbi qəhrəmanların verdiyi ən vacib, möhtəşəm suallar hansılardır?- SORĞU  

Ədəbi̇yyat

23 Mart 2017, 16:13

Dünya ədəbiyyatının bir çox möhtəşəm əsərlərində qəhərəmanların taleyi kimi onların bəzilərinin bəşəri aktuallığı ilə seçilən sualları da yaddaşlarda qalır. Bu mənada fransız Volter və ingilis Şekspirin qəhrəmanlarının sualları daha məşhurdur. Kandid və Hamletin sualları bu gün də bəşəriyyət üçün öz aktuallığını saxlayır.

Modern.az-ın keçirdiyi sorğuda qələm adamları dünya ədəbiyyatına aid əsərlərdə bu qəhrəmanların verdiyi sualları da aktual hesab edirlər:

 

Əsəd Cahangir, ədəbi tənqidçi:

 

Şekspirin “Hamlet” əsərindən Hamletin sualı: “Günahkar bəndələr, doğub törətməyin nə mənası var?”

 

Vüsal Məmmədov, jurnalist:


Aleksandr Qriboyedovun “Ağıldan bəla” əsərindən Çatskinin sualı: “Bəs hakimlərin özləri kimlərdi?”

 

Cəlil Cavanşir, şair:

 

Antuan Sant Ekzüperinin “Balaca şahzadə” əsərində Balaca Şahzadənin sualı: “İnsanlar hanı?”

 

Rəbiqə Nazimqızı, şairə:

 

Viktor Hüqonun “Səfillər” romanından Markizanın sualı: “Bütün qapıları döydünüz?”

 

Alpay Azər, yazıçı:

 

Şekpirin “Hamlet” əsərindən Hamletin sualı: “Olum, ya ölüm?”

 

Fərid Hüseyn, gənc yazar;

 

Gertsenin “Kimdir müqəssir” əsərindən qəhrəmanın əsərin adına uyğun verdiyi sual: “Kimdir müqəssir”

 

Emin Piri, gənc yazar:

 

Volterin “Kandid və optimizm” əsərindən Kandidin sualı: “Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq sadəcə, istəkləmi törəyir?”

 

E.Nazimoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi