Modern.az

Kiyevdə keçmiş deputat güllələndi, Poroşenko Rusiyanı ittiham etdi  

Kiyevdə keçmiş deputat güllələndi, Poroşenko Rusiyanı ittiham etdi  

Dünya

23 Mart 2017, 16:22

Bu gün Kiyevdə atışma zamanı Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkov ölüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kiyev Şəhər Baş Polis İdarəsinin rəisi Andrey Krişenok deyib.

“Premier Palace” oteli yaxınlığında atışma zamanı iki nəfər yaralanıb, D. Voronenkov isə ölüb.

 

 

Ukrayna prezidenti Pyotr Poroşenko isə Denis Voronenkovun qətlində Rusiyanı ittiham edib. Güc strukturlarının rəhbərləri ilə görüşündə o, hadisəni "Rusiya tərəfindən törədilən dövlət terrorizmi aktı” adlandırıb.

"Rusiya xüsusi xidmət orqanlarının məlum dəst-xəttidir, hansı ki, əvvəllər müxtəlif Avropa şəhərlərində dəfələrlə rast gəlinib".

 

Xatırladaq ki, D.Voronenkov Kommunist Partiyasından Dumaya deputat seçilmişdi. O keçən il Ukraynaya qaçmış, Rusiya isə onu beynəlxalq axtarışa vermişdi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır