Modern.az

Sabiq deputatın qətli Rəsmi Moskvanı şoka salıb

Sabiq deputatın qətli Rəsmi Moskvanı şoka salıb

23 Mart 2017, 21:08

“Rəsmi Moskva Rusiya Dövlət Dumasınn eks-deputatı Denis Voronenkovun qətlinə görə şokdadır. Deməyə əsas var ki, bu sifarişli aksiyadır. Ümid edirik ki, bu qətlin təhqiqatı siyasiləşdirilmədən və obyektiv məlumatlar əsasında aparılacaq”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqə bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenkonun D.Voronenkovun qətli ilə bağlı bəyanatına münasibət bildirən Mariya Zaxarova qeyd edib ki, qətli törədənlərin tapılmasına çalışacaqlar: "Amma Ukrayna prezidenti Pyotr Poroşenkonun Kiyevdə Dumanın eks-deputatı Denis Voronenkovun qətli ilə bağlı bəyanatı təəssüf doğurur. Artıq şübhə yoxdur ki, rəsmi Kiyev heç kimin bu qətl barədə heç vaxt həqiqəti bilməməsi üçün əlindən gələni edəcək".

Qeyd edək ki, D.Voronenkov Kiyevdə atışma zamanı öldürülüb. P. Poroşenko D. Voronenkonun qətlini Rusiya tərəfindən edilmiş dövlət terror aktı adlandırıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi