Modern.az

Londonda terror aktını keçmiş məhkum törədib

Londonda terror aktını keçmiş məhkum törədib

23 Mart 2017, 21:24

Londonda terror aktı törədənin şəxsiyyəti müəyyənləşdirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Skotland Yard”ın məlumatına əsasən, hücum Böyük Britaniyada anadan olan Kent qraflığının sakini 52 yaşlı Xalid Məsud tərəfindən törədilib.   

Xalid Məsudun əvvəllər də  cinayət məsuliyyətinə cəlb olunduğu qeyd olunur: “O, hücumlar törətməkdə, ağır bədən xəsarətləri yetirməkdə, qanunsuz silah daşımaqda və ictimai asayişi pozmaqda ittiham olunaraq bir neçə dəfə məhkumluq həyatı yaşayıb.   Amma onun terror xarakterli hər-hansı cinayət üzrə məhkumluğu olmayıb”.   

Qeyd edək ki, Londonda törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Cinayətə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.  

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub