Modern.az

Belarusda silahlı qiyamın qarşısı alınıb

Belarusda silahlı qiyamın qarşısı alınıb

23 Mart 2017, 22:47

Belarusun Dövlət Təhlükəsizliyi Komitəsi silahlı qiyamın qarşısını alıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  Belarusun Dövlət Təhlükəsizliyi Komitəsinin məlumatına görə, ölkədə kütləvi qarışıqlıqlarda iştirak üçün təlimlər və hazırlıqlar faktı üzrə cinayət işi başlanılıb. Keçirilən əməliyyat zamanı  Miroslav Lozovskinin başçılığı ilə "Ağ legion" və Dmitri Daşkeviçin başçılığı ilə "Gənc cəbhə"nin aktivisti olan 26 nəfər saxlanılıb. Onların yaşadıqları və sənədləri saxladıqları yerlərdə 29 axtarış aparılıb. Nəticədə “Kalaşnikov” avtomatı, 3 karabin, 2 tapança, patronlar, qumbaralar, atma bıçaqlar, baltalar, əldəqayırma partlayıcı qurğuların istehsalı üçün predmet və maddələr, hərbi formalar, güllədeşməz jiletlər, kaskalar, NATO nümunəsinin tibbi dərman qutuları, "Azov" batalyonunun, "Belarus Taktik qrupu"nun və başqalarının müxtəlif rəmzləri, həmçinin şəhərdə döyüş əməliyyatlarının aparılması üzrə dərsliklər götürülüb.

Dövlət Təhlükəsizliyi Komitəsində istisna etməyiblər ki, "Ağ legion" aktivistlərindən götürülmüş silah-sursatdan martın 25-də keçirilməsi gözlənilən küçə aksiyaları zamanı istifadə etmək planlaşdırılırdı.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir