Modern.az

İlyas İsmayılov: “Bu aksiyalar keçirilməlidir...”

İlyas İsmayılov: “Bu aksiyalar keçirilməlidir...”

11 Aprel 2011, 14:01

Ədalət Partiyasının sədri müxalifəti iqtidarın ayırdığı yerə getməyə çağırır

“Kütləvi aksiya keçirmək müxalifətin konstitusion hüququdur. Bu aksiyalar keçirilimlədiir. Amma mən qeyri-qanuni aksiyaların əleyhinəyəm”. Bu sözləri Modern.az-a açıqlamasında Ədalət partiyasının sədri İlyas İsmayılov son günlər müşahidə olunan siyasi gərginliyi şərh edərkən deyib. Onun sözlərinə görə, indi qanuna hörmət ən əsas məsələdir. Ölkədəki etiraz elektortanın fəallığını dünyadakı siyasi proseslərlə əlaqələndirən depuatatın fikrincə, “ərəb dağlası” burada ciddi rol oyanyınb.
“Hal-hazırda baş verənlər dünyada cərəyan edən siyasi proseslərlə bağlıdır. Azərbaycanda olan ab-havada da xarici dairələrin müəyyən təsirləri hiss olunur. Biz səbirli olmalıyıq”-deyə İ.İsmayılov vurğulayıb.

İqtidarla-müxalfət arasında vasitəçi olmaq istəmədiyini deyən millət vəkili bildirib ki, bu çox böyük məsuliyyətdir və bunu bəyan edən şəxs üzərinə böyük yük götürür.

“Mən arzu edirəm ki, iqtidarla müxalifət arasında düşmənçilik olmasın. Hakimiyyət müxalifətə özünün partnyoru kimi baxmalıdır. Kiminsə xoşuna gəlmək üçün hərəkət etmək olmaz”-deyə İ.İsmayılov vurğulayıb.

Siyasi gərginlikdən çıxış yolunun müxalifətin aksiyalarına qanun çərçivəsində imkan verilməsi olduğunu deyən partiya sədri həmçinin əlavə edib ki, yalnız hakimiyyətin müəyyən etdiyi yerlərdə kütləvi etiraz aksiyası keçirliməlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!