Modern.az

Azərbaycanda Leninlə Nərimanovun “atılmış başları” tapıldı - FOTOLAR

Azərbaycanda Leninlə Nərimanovun “atılmış başları” tapıldı - FOTOLAR

Aktual

24 Mart 2017, 11:38

Azərbaycanın İmişli rayonu ərazisində proletariatın dahi rəhbəri, keçmiş Sovet İttifaqı kimi ilk sosialist dövlətin əsasını qoymuş Vladimir İliç Leninin və onun silahdaşı olmuş Azərbaycanın ictimai-siyasi, dövlət xadimi Nəriman Nərimanovun atılmış abidələri tapılıb.

Modern.az saytı xəbər verir ki, İmişli rayonunun Bəcrəvan kəndi ərazisindəki çöllüyə atılmış həmin abidələr təsadüfən ova çıxmış rayon sakini Saleh Qafarlının rastına çıxıb. O, Leninin və Nərimanovun atılmış abidələrinin görüntüsünü mobil telefonunun yaddaşına köçürüb

Şəkildən göründüyü kimi, Lenin büstündən dahi rəhbərin “başı” qoparılıb. 

Büstlərin haradan götürüldüyü və kimlərin gətirib onları çöllüyə atdığı barədə məlumat verilmir...

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır