Modern.az

Azərbaycanda silsilə oğurluqlar edən dəstə tutuldu

Azərbaycanda silsilə oğurluqlar edən dəstə tutuldu

Aktual

24 Mart 2017, 12:43

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Niyaməddin Eminovun ətrafında Salyan və Hacıqabul RPŞ-lərin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 3 nəfərə məxsus yardımçı təsərrüfatlardan müvafiq olaraq 3 baş inək, Hacıqabul rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, N.Eminovun Bakı şəhər sakini Cavidan Bağırlı, Salyan rayon sakini Elxan Kərimov və Kürdəmir rayon sakini Rəvan Qasımovla birgə fevralın 13-də Hacıqabul rayonu ərazisində Kazım Tağıyevdən quldurluq yolu ilə 13050 manat pul, mobil telefon və tütün məmulatı almaları da müəyyən edilib.

Görülmüş tədbirlərlə C.Bağırlı, E.Kərimov və R.Qasımov tutulublar.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər