Modern.az

Eşşəklərin ən çox yoxa çıxdığı ölkələr - SİYAHI

Eşşəklərin ən çox yoxa çıxdığı ölkələr - SİYAHI

Dünya

24 Mart 2017, 14:10

İngiltərədə yerləşən “The Donkey Sanctuary” Mərkəzi dünyada eşşəklərin daha çox məhv olduğu, yoxa çıxdığı ölkələri müəyyənləşdirib. Qeyd edək ki, mərkəzin hazırladığı raportda dünyanın az qala hər yerində uzunqulaqların sayının getdikcə azaldığı məlum olub.
Yeri gəlmişəkən, Azərbaycan mediasının dünən yaydığı xəbərlərə görə, son bir ildə ölkəmizdə 5 min eşşək yoxa çıxıb.

Beləliklə, Modern.az dünyada ən çox eşşəyə sahib ölkələrin siyahısını təqdim edir:

Efiopiya - Burada gündəlik yaşam tərzi üçün eşşəklərin rolu danılmazdır. Daha çox kənd təsərrüfatına köklənən insanlar eşşəklərin xidmətindən istifadə edir. İnsanların yaxın dostu olan zəhmətkeş heyvanların sayı 7 milyondan çoxdur.

Maraqlısı budur ki, Efiopiyada eşşəklərin sayı paxtaxt Əddis-Əbəbədəki insanların sayından iki dəfə çoxdur. Bütün ölkədəki avtomobillərin sayından isə dəfələrlə artıqdır. Paxtaxtda eşşəklərin yem və su içməsi üçün xüsusi qurğular hazırlanıb. Həmçinin, burada 22 ildir pulsuz fəalliyyət göstərən xüsusi “Eşşək xəstəxanası” var.

Bütün bunlara baxmayaraq, çox işlə yükləndiyindən burada hər il yüz minə qədər eşşək tələf olur.

Çin - dünya nəhəngi olan ölkə 1990-cı illərdə ən çox eşşəyə sahib  idi. Lakin hər il 300 min eşşəyin yoxa çıxması faydalı heyvanın sayını 11 milyondan 6 milyona qədər azaldıb. Heyvanların hansı səbəbdən yoxa çıxması isə hər kəsə məlumdur. Çin eşşək ətindən əməlli-başlı ticarət qurub. Hər il həm ölkə daxilində, həm də xaricdə xeyli uzunqulağı bu məqsədlə tələf edirlər.

Burikino Faso - Afrika dövləti olan Burikino Fasoda eşşəklərə daha çox qəssabxanalarda  ehtiyac duyulur. Hesablamalara görə, hər il bu ölkədə 80 minə yaxın eşşək sallaqxanalarda kəsilərək, Çinə ixrac edilir.

Siyahıda ilk beşliyi qapadan ölkələr isə Keniya ilə Cənubi Afrika Respublikasıdır. Adıçəkilən ölkələr hər il orta hesabla 45-47 min eşşəyi Çin bazarının qurbanı edir.


Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib.


Ümumilikdə 2008-ci ildə Azərbaycanda eşşəklərin sayı 47.8 min baş təşkil edirdisə, hazırda bu rəqəmdə 10 minə yaxın azalma qeydə alınıb.


E.Nazimoğlu

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi