27 aprel 2017, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Turan-İran, yoxsa Turan-Avropa qarşıdurması? - I yazı
Turan-İran, yoxsa Turan-Avropa qarşıdurması? - I yazı
24.03.2017, 15:29

Dos., Dr. Faiq Qəzənfəroğlu


Əslində mifik və gerçək tarixdə daha çox Turan-İran qarşıdurmaları yer alsa da, bizcə, bu məhdud xarakterlidir. Belə ki, Turan xalqlarının mübarizəsi Hind-Avropa mənşəli yalnız İranlılarla deyil, eyni zamanda yunanlar, romalılar, slavyanlar və başqa xalqlarla da olmuşdur. Sadəcə,onların arasında ən çox diqqət çəkən və əfsanələşdirilən Turan-İran məsələsi olmuşdur. Halbiki Turan xalqları yalnız Hind-Avropalıların bir qolu olan iranlılar qədər yunanlar, romalılar, slavyanlarla da savaşmışlar. Turan xalqları Anadoluda Troyalılar, Şimali Qara dəniz və Qafqaz ətrafında isə İskitlər-İşquzlar adlarıyla yunanlarla savaşmışlar. Artıq Avropa tarixşünaslığı da qəbul etməyə başlamışdır ki, m.ö. 1-ci minilin başlarında Yunanlarla savaşan Troyalılar Türk/Turan kökənli olmuşlar. Son döyüşdə yunanların hiyləgərliyi nəticəsində məğlub olan troyalılardan bir hissəsi İtaliyaya sığınaraq orada Etrusklar kimi tanınmışlar. M.ö. 1-ci minilliyin ortalarına qədər Etrusklar İtaliyada mühüm mövqe tutmuş və hind-avropalılarla əvvəlcə döyüş şəraitində olsalar da, sonralar onların içində assimilyasiya olmuşlar.

Biz burada Troyalılarla Etruskların türk mənşəyi, eyni zamanda onların hind-avropa mənşəli yunanlar və İtaliya xalqlarına qarşı apardığı mübarizəyə geniş yer vermədən, yalnız onu deyə bilərik ki, hələ, əski dövrlərdə Turan-Avropa savaşı bir neçə istiqamətdə baş vermişdir. Ancaq hind-avropa mənşəlilər arasında Turan-İran məsələsinin daha çox önə çıxması, onlardan indi “Aryanlar” kimi qələmə verilən hindlilər və iranlıların Turan torpaqlarının mərəkəzinə qədər gəlib çıxması olmuşdur. Ən maraqlı məsələ də odur ki, Turanlılar niyə hind-avropalıların bir qolu olan “Aryan”ların Turan torpaqlarının içinə qədər girməsinə yol vermişlər?! Hesab edirik ki, buna əsas səbəb Böyük Turan İmperiyasının bir neçə istiqamətdə eyni vaxtda Hind-Avropa, Sami, Qafqazdilli, Fin-Uqor xalqlarla savaş halında olması göstərlə bilər. Özəlliklə, cənub tərəfdən Samilərin, Qərbdən hettlərin və yunanların axınları Turan İmperiyasını zaiflətmiş və bunu fürsət kimi dəyərləndirən “Aryan”lar Turan torpaqlarının mərkəzinə qədər gəlib çıxmışlar.

Öncəlliklə, qeyd etmək lazımdır ki, hazırda hind-avropalı mənşəli sayılan hindlilərlə farsların ilk dövrlərdə özlərini və yaşadığı əraziləri daha çox ari/arya adlandırması iddia olunur. “İran” sözünün hərfi məna­sı­nın «Hind-Avropa» mənşəli sayılıb «ari», «ari ölkəsi» kimi yozulması da daha çox Avropa, Sovet-Rus və “İran” ideoloqlarının işidir. Sovetlər Birliyi döv­rün­də nəşr olunmuş Azərbaycan Sovet Ensklopediyasının (ASE) 1-ci cildində yazılır ki, “İran”ın müasir adı (Aryanam) «Arilər ölkəsi» deməkdir və bir sıra hallarda «ari» tayfa adını bildirir (məs., qədim hind­li­lərdə «aryavarqa», osetinlərdə «allan», midiya­lı­larda «ari­zantlar»). Burada o da qeyd olunur ki, elmdə «ari» ter­mini hazırda, yalnız hind-iran dillərində danışan tayfalara, xalqlara aid edilir. Ancaq bəzi türk alimləri (M.Adcı, T.Hacıyev, İ.Cəfərsoy, A.Mədətoğlu və b.) isə hesab edirlər ki, «İran» to­po­ni­mi türklərə aiddir: =ır (qədim türk tayfası) +an (qədim türk cəm şəkilçisi) – yəni ırların (uzların) yaşadıqları yer de­mək­dir. Bu o deməkdir ki, həmin hind-avropa mənşəli xalqlar “Ari/Arı” sözünü yerli xalqlardan, yəni türklərdən mənimsəmişlər.

“Ari” adının siyasətdə olduğu kimi elmdə də spekulyasiyaya çevrildiyini qeyd edən tanınmış alimimiz prof. Firudin Ağasıoğlu yazır ki, Orta Asiyadan keçərək Herat bölgəsinə yerləşənə qədər hansı adı daşıması məlum olmayan hind-avropalı mənşəli xalqların yalnız bundan sonra yaşadıqları ərazinin Areya (Herat bölgəsini), bura gəlib yerləşən tayfaların isə ari (arya) adlanması bəllidir: “Bir neçə əsr Areyada yaşayıb çoxalan bu ari boyları m.ö. XIII əsrin sonlarında iki əsas qola ayrıldı və bu qollardan biri Qəndahar üzərindən dravid xalqlarının ərazilərinə girdi. Dravidlərin çoxu Hind yarımadasına çəkildi, bir qismi də bu gələnlərə qarışdı. Areyadan çıxan və “hind” (hindli) adlanan həmin qol artıq m.ö. XII-XI əsrlərdə Hindistanın quzey-batı və mərkəzi bölgələrinə yerləşmişdi. Areyadan çıxan ikinci ari qolu isə güney-batı istiqamətinə gəlib, Bars bölgəsinə yerləşəndən sonra həmin ərazinin adıyla “pars” (barslı) adı ilə tanınmışdır. Sonralar bu adı yunanlar pers, ərəblər isə fars şəklinə salmışlar. Perslər özadı olan ari etnonimi ilə öncə kiçik bir bölgəni İran (Aryan) adlandırmışlar. Beləliklə, hazırda hind-iran dilləri deyəndə, Areya çağından sonra müxtəlif dialektlərə ayrılmış, ari dili nəzərdə tutulur”.

Ari/Arya adını əvvəlcədən daşımasından ya da Turan torpaqlarına yerləşdikdən sonra yerli xalqlardan mənimsəməsindən asılı olmayaraq hind-avropa mənşəli Hind və İranlılarla Turan/Türk mənşəli xalqlar arasında ilk böyük təmaslar milladan öncə II minilliyin sonu, I miniliyin ilk yarısında Orta Asiya və Ön Asiyada, yəni Xəzər dənizinin şimal-şərqində Sakalar, İskitlər Xəzər dənizinin qərb-cənubunda isə Manna, İş Quz və Midiyayla olmuşdur. Hər halda ilkin yaşayış məskənləri Qara dənizin şimalı hesab olunan İranlılar/Arilər m.ö. 13-12-ci əsrlərdə, yəni ilkin  atayurdlarından təxminən 700-800 il keçdikdən sonra Xəzər dənizinin şimalı ya da Orta Asiya ərazilərində Turan/Türk torpaqlarında görünmüşlər. Çox böyük ehtimal ki, onlarla Turan/Türklərin ilk böyük savaşları da 2-ci minilliyin 13-10-cu əsrləri arasında, yəni hind-avropa mənşəlilər Orta Asiyadan keçib Herat bölgəsinə yerləşənə qədər baş vermişdir. Ola bilsin ki, həmin dövrdə baş vermiş Turan-İran savaşlar nəticəsində Arilər Güney Qafqazdan deyil, Orta Asiya və Herat üzərindən indi toplu halında yaşadıqları Farsistana yerləşmişlər.

Şübhəsiz, hind-avropa mənşılilərdən bir qisminin, yəni “Aryan”ların Turan imperiyasının içinə daxilə olaraq bufer zonaya çevrilməsi son dərəcə təhlükəli idi. Hər halda, Turan İmperiyasının torpaqlarının bir hissəsinə daxil olaraq, Türk xalqları arasında bufer zona yaratmaq imperiyanın gəlcəyini təhlükə altında qoymaq idi. Bu anlamda Firudin Ağasıoğlu doğru yazır ki, irandilli boyların yerləşdiyi Xarəzm-Xorasan və Herat-Sistan zolağı quzeydən güneyə uzanan arakəsmə kimi, Türküstandakı türklər ilə Azərbaycandakı türklər arasında bufer zonya çevrilirdi: “Areyanın coğrafi tutumu genişləndikcə batı türklərlə doğu türklərin birbaşa əlaqəsi zəifləyir, bir-birindın uzaq düşürdü. Turanın batı tərəfləri olan Xorasanla Xarəzm arasında ikidilli mühitdə qalan saqa (saka) türkləri isə pers təsiri altında get-gedə iran dilinə keçirdilər. İlk iran-türk qarşığı məhz burada part dilinin ortaya çıxmasına səbəb oldu. Sonralar part boyundan çıxan türksoylu Ərsaq sülaləsi böyük Part (Parfiya) imperiyasını qurdu”.

Özəlliklə, Herat bölgəsində (Areyada) yerləşən Arilərin sayı çoxaldıqdan sonra, m.ö. IX-VIII əsrlərdə onlardan bir hissəsi (hindlilər) Hindistana, digər hissəsi (irandillilər) isə Qırımızı dəniz tərəfdəki Bars bölgəsinə yerləşmişlər. Həmin dövrə qədər “Bars” türklərə ad boy adı olmuş, bu coğrafiyada onların adıyla tanınmışdır. Ola bilsin ki, Madaya aid bus boyu da türksoylu barslarla bağlı olmuşdur. Ancaq Areyadan ayrılıb bu bölgəyə üz tutan İranlılar/Arilər sonralar Bars/Pars/Fars adına yiyələndiyi kimi, eyni zamanda buranın digər yerli xalqı Elamları da assimilyasiya etmişlər. Belə ki, Arilər/İranlılar Elam ərazisinə daxil olub əvvəlcə Qırmızı dəniz yaxınlarında Parsua krallığını qurmuş, daha sonra Elam mədəniyyətini və Elam dilini mənimsəyərək öz hakimiyyətlərini möhkəmlətmişlər.

Farsların/İranlıların Ön Asiya və Orta Asiyanın müəyyən bölgələrinə yerləşdiyi zaman Turan İmperiyasının əsas xalqı İskitlər/Sakalılar, yəni İşquzlar idilər. Digər adlarla yanaşı Turanlılar özlərini Turuk, Tur da adlandırırdı ki, buraya gəlmə olan Hind-Ari soylular da buna uyğun olaraq əski Turan-Saka imperiyasını ümumiyyətlə, Türklər yaşayan əraziləri Turan/Turkan, yəni “Turların/Türklərin ölkəsi” adlandırmışlardır.

Deməli, yunanların İskit, farsların Sak adlandırıdğı Turanlılar bütövlükdə Avropa xalqlarıyla savaş içində olmuşlar. Onlarla savaş içində olarkən də Türklər/Turanlılar Hin-Avropalıllar tərəfindən, iskit, skif, sak adıyla, Sami mənbələrdə isə Tur, Turk adıyla tanınmışlar. Doğrudur, bəzi Avropa müəllifləri də “Saka” kəliməsini ari/hind dilində izah etməklə onların Turanlı deyil İranlı olmasını iddia etmişlər. Ancaq Şərq qaynaqları əsasən İskitlərin, Sakaların Turanlı olduğunu ortaya qoyur. Skiflərin deyil də, daha çox Sakaların Turanlı olduğu haqda Qərb və Şərq alimləri arasında da fikir birliyi vardır. Hüseyin Cevizoğluna görə də, Türk və Turan sözlərinin kökü “Tur/Dur”la, sonu isə saklarla bağlıdır. Tursak və Tursaki adları da göstərir ki, Türklər ilk Turan-Saka çağında (m.ö. 13-10-cu əsrlər) bu adla anılmış Turanlı boylardır. Bir sözlə, həm Sakaların/Masagetlərin/İşquzların/Masqutların, həm də Parfların/Partların/Ərsakların Turan xalqlarından olması, onların əski vətənlərinin Ön Asiya və Kiçik Asiya, o cümlədən Azərbaycan, Qafqaz, Türküstan olmasını artıq bir çox alimlər qəbul etmişlər.

Kimmeri və sakların adları daha çox yunan-roma müəlliflərindən Homer, Esxil, Herodot, Stra­bon, Marselli, Prokopinin əsərlərində çəkilir və bu müəl­lif­lər onların etnik mənşəyinə müəyyən qədər aydınlıq gə­tirir. Məsə­lən, Homer «Odisseya» poemasında «kommeri­lər» kimi zikr etdiyi kimmeriləri «hippomolqi», yəni «madyan sağanlar» olaraq qələmə almışdır ki, onları da bəzi Roma və Bizans tarixçiləri, eləcə də çağdaş dövrün tədqiqatçıları türk­dilli sak­lara aid ediblər. Kimmerləri madalarla da qohum hesab edirlər. E.ə. VI-V əsrlər­də yaşamış Esxlin «Zəncir­lən­miş Prometey» əsərində adı çəkilən iskitlərə-skiflərə gəldikdə, Strabon yazır ki, həm iskitlər, həm də Homerin «mad­yan sağanlar» ad­landırdığı tayfa da saklar olmuş­dur. Eramızın V əsrində yaşamış bizans alimi Prokopiyə görə, hun­lar qədimdə «kimmer» və «massaget» adlanırmışlar. Pompey Troq isə Saqat çarı Tanaydan, üç dəfə Asiyaya ağalıq etmiş iskitlərdən, Dara və Kiri məğlub edən Skityadan bəhs etmişdir. Sicilyalı Diodora görə isə sakaların ilk atayurdlaı Araz çayının sahilləri olmuş, sonralar onlar Qafqaz dağlarına, Anadoluya qədər yayılmışlar. C. Nehru da saqları türk hesab etmişdir. Şübhəsiz, Saqalar/Saqutlar, İskit/İskutlar Qutların davamçıları idilər. Bu anlamda “Saka və Kuti” hökmdarı anlayışı təsadüfən ortaya çıxmamışdır.

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.04.2017, 01:22

Putin Trampla mayda görüşə bilər – Gizli danışıqlar aparılır

27.04.2017, 01:01

Lənkərandakı qəzada ölənlərin kimliyi bilindi, Yenilənib

27.04.2017, 00:44

Ukrayna  Prokurorluğu Azərbaycan şirkətləri barədə...    

27.04.2017, 00:29

Rusiyada 12 terrorçu saxlanıldı

27.04.2017, 00:14

Tailandda qasırğa xəbərdarlığı

26.04.2017, 23:46

İran Pakistan sərhədində silahlı toqquşma: 10 ölü

26.04.2017, 23:31

Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır - VİDEO

26.04.2017, 23:23

Gəncədə kütləvi dava: 2 nəfər bıçaqlandı

26.04.2017, 23:16

NASA-dan önəmli AÇIQLAMA: “Fundamental kəşfin astasasındayıq”

26.04.2017, 23:10

Dünya çempionatında videotəkrardan istifadə ediləcək

26.04.2017, 22:57

Daha 19 PKK terrorçusu zərərsizləşdirilib

26.04.2017, 22:42

Qoca yaşda yenidən aşiq olan məşhurlar - MARAQLI    

26.04.2017, 22:40

Avropada qızılca epidemiyası - Xəbərdarlıq

26.04.2017, 22:24

Lerikə iki gündür qar yağır

26.04.2017, 22:12

Türkiyədə rusiyalı generalın 140 illik məzarı tapılıb

26.04.2017, 22:06

İŞİD-lə Əl-Qaidə-nin FƏRQİ

26.04.2017, 21:53

Paytaxtda yeni salınan yolla bağlı məsələyə aydınlıq gətirildi - VİDEO

26.04.2017, 21:37

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirib

26.04.2017, 21:26

Azərbaycanda bu saytlara giriş qadağan olunur

26.04.2017, 21:11

Səfirlik açılan cinayət işindən xəbərsizdir

26.04.2017, 20:58

Həbsxanada dustaqlar arasında kütləvi dava: 12 ölü

26.04.2017, 20:43

Gəncə sakini qatarın altında qalıb

26.04.2017, 20:29

Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur

26.04.2017, 20:14

Rusiyadan alınan müasir hərbi texnika ölkəmizə gətirildi - VİDEO

26.04.2017, 20:01

"Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir" - Fransa XİN rəsmisi

26.04.2017, 19:30

"Abşeron" Gənclər Şəhərciyinə təbii qaz verilişi dayandırıldı - ETİRAZ

26.04.2017, 18:53

Azərbaycanda Turizm Reyestrinin aparılma qaydası hazırlanacaq

26.04.2017, 18:48

Bakıda imtahanlarda məzunların 8,51 %-i Ana dilindən “2” alıb

26.04.2017, 18:44

Azərbaycanda ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI

26.04.2017, 18:25

Fransa bankları TAP-ı maliyyələşdirmək istəyir

26.04.2017, 18:17

Prezident Niderland kralını və CAR prezidentini təbrik edib

26.04.2017, 18:08

İŞİD sıralarında 4,5 min MDB vətəndaşı vuruşdu

26.04.2017, 18:00

ADU-da SABAH qruplarına seçimlə bağlı görüş keçirilib

26.04.2017, 17:51

Çernobıl faciəsi bu gün də davam edir - Faciənin 31-ci ili

26.04.2017, 17:50

Azərbaycanla Avropa İttifaqı arasında rəsmi danışıqlar prosesi BAŞLAYIR

ARXİV