Modern.az

Misirin sabiq prezidenti 6 illik həbsdən sonra evə buraxılıb

Misirin sabiq prezidenti 6 illik həbsdən sonra evə buraxılıb

Aktual

24 Mart 2017, 17:53

Misirin sabiq prezidenti Hüsnü Mübarək 6 illik həbsdən sonra evə buraxılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hüsnü Mübarəkin vəkili Fərid əd-Dib məlumat verib.

Hüsnü Mübarək Qahirənin Maadi rayonunda yerləşən hərbi hospitaldan çıxaraq evə qayıdıb.

Qeyd edək ki, bu il martın əvvəllərində Qahirənin kassasiya məhkəməsi 2011-ci ilin yanvarında baş vermiş iğtişaşlarda nümayişçilərin ölümü ilə bağlı cinayət işi üzrə sabiq prezident barəsində bəraət qərarı çıxarıb. Daha sonra Baş Prokurorluq H.Mübarəkin həbsdən azad edilməsinə razılıq verib.

88 yaşlı sabiq prezident səhhətindəki problemlərlə əlaqədar hərbi hospitalda müalicə olunurdu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır