Modern.az

Yanğın bir ailəni evsiz qoydu

Yanğın bir ailəni evsiz qoydu

Aktual

24 Mart 2017, 20:56

Bakıda yanğın hadisəsi qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakının Səbail rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 1180 kvadrat metr olan ikimərtəbəli 11 otaqlı mansard tipli evin mansardının tavanının yanar konstruksiyaları və dam örtüyü 280 kvadrat metr sahədə yanıb. Mansardın qalan hissəsi və otaqlar yanğından mühafizə olunub. Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir