ABŞ-da iki qatar toqquşub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Nyu-Yorkda baş verib. Belə ki, relsdən çıxan sərnişin qatarı Pensilvaniya vağzalına daxil olan digər qatarla toqquşub. Qatarların birində 1000-ə yaxın, digərində 200-dək sərnişin olub. Hadisə nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb. Hazırda qəzanın səbəbləri araşdırılır.
Modern.az