Modern.az

Böyük Britaniya Avropa Birliyinə 62 milyard dollar ödəməlidir

Böyük Britaniya Avropa Birliyinə 62 milyard dollar ödəməlidir

Aktual

24 Mart 2017, 22:54

Avropa Komissiyası Böyük Britaniyadan 50 milyard funt sterlinq (62 milyard dollar) dəyərində hesab tələb edib.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının sədri Jan Klod Yunker bu məbləğin ödənilməsindən sonra Londonun qurumu tərk edə biləcəyini deyib.

 

Məbləğə Avropa Birliyinin məmurlarının təqaüdlərinin ödənilməsi, infrastruktur obyektlərinin təmiri və s. daxildir.

 

 

Yunker Londonu cəzalandırmaq niyyətlərinin olmadığını lakin baş ölkələrin də belə addımları atacaqları halda üzləşəckləri itkiləri göstərməyin vacib olduğunu deyib.

 

“Biz elmi nöqteyi-nəzərindən ingilislərin ödəyəcəyi məbləği hesablamalıyıq” – deyə Yunker deyib.

 

 

Baş nazir Tereza Mey Brexit prosedurunu martın 29-da başlayacaqlarını deyib.

 

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir