Modern.az

Samvel Babayan 2 ay müddətinə həbs olunub

Samvel Babayan 2 ay müddətinə həbs olunub

Dünya

24 Mart 2017, 23:40

Martın 24-də Yerevanda məhkəmə Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Samvel Babayanın 2 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Modern.az Virtualaz.org-a istinadən  xəbər verir ki, bu barədə “Ermənistan xəbərləri” portalına Babayanın vəkili Avetis Kalaşyan bildirib.

O, Babayana ittihamın Cinayət Məcəlləsinin hansı maddəsi ilə irəli sürüldüyünü dəqiqləşdirməyib, bununla birlikdə qeyd edib ki, ittiham əsassızdır.

 

Xatırladaq ki, S.Babayan Ermənistanda silahlı çevrilişə cəhdlə bağlı başlanmış iş çərçivəsində həbs edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi