Modern.az

İsveçrədə Türkiyə ilə bağlı istintaq  başladı

İsveçrədə Türkiyə ilə bağlı istintaq  başladı

25 Mart 2017, 00:17

İsveçrə federal hökuməti Türkiyə ilə bağlı istintaq prosesi başladıb. Modern.az Axar.az-a istinadən xəbər verir ki, hökumət Türkiyəni aprelin 16-da keçiriləcək referendum çərçivəsində buradakı türk cəmiyyəti üzvlərini izləyib məlumat toplamaqda ittiham edir.  İsveçrə tərəfi məsələ ilə bağlı açıqlama yayaraq, əllərində dəlil olduğunu bildirib.

Qeyd edək ki, İsveçrə Xarici İşlər naziri Didye Burkhalter ölkədə yaşayan türklərin Türkiyə kəşfiyyat təşkilatı tərəfindən qeyri-qanuni olaraq izlənmələri ilə bağlı iddialara tezliklə aydınlıq gətiriləcəyini bildirmişdi.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir