Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı Daşkənddə keçiriləcək. Modern.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, nazirlər aprelin 7-də bir araya gələcək. İclasda Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər - Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Moldova və Ermənistanın xarici işlər nazirlərinin iştirakı gözlənilir. Bu dəfə MDB arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılacaq.
Qeyd edək ki, Şuranın bundan əvvəlki iclası keçən il sentyabrın 16-da Bişkekdə Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib.
Modern.az