Modern.az

XİN rəhbərləri Daşkənddə toplanır

XİN rəhbərləri Daşkənddə toplanır

25 Mart 2017, 00:56

Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı Daşkənddə keçiriləcək. Modern.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, nazirlər aprelin 7-də bir araya gələcək.  İclasda Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər - Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Moldova və Ermənistanın xarici işlər nazirlərinin iştirakı gözlənilir. Bu dəfə MDB arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

Qeyd edək ki, Şuranın bundan əvvəlki iclası keçən il sentyabrın 16-da Bişkekdə Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı