Modern.az

Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

25 Mart 2017, 12:17

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, səhər çiskin olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

 

Abşeron yarımadasında gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 55-65% təşkil edəcək.

 

Rayonlarda əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir