Modern.az

TQDK: "Bəzi abituriyentləri sınaq imtahanlarına buraxmadıq"

TQDK: "Bəzi abituriyentləri sınaq imtahanlarına buraxmadıq"

11 Aprel 2011, 15:59

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il aprelin 10-da Bakı, Gəncə, Şəki, Masallı, Balakən, İsmayıllı, Yevlax və Salyan şəhərlərində növbəti sınaq imtahanı keçirib.

"İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlıimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb"-deyə TQDK-dan bildirilib.

Komissiya təəssüflə qeyd edib ki, dəfələrlə edilmiş elan və xəbərdarlıqlara baxmayaraq, bəzi abituriyentlər sınaq imtahanına özlərinə aid olmayan şəxsiyyət vəsiqəsi ilə yazılıblar. İmtahan binalarına buraxılış rejimində belə hallar aşkar edilib və həmin abituriyentlər imtahana buraxılmayıb.
Hazırda sınaq imtahanında iştirak etmiş abituriyentlərin cavab kartlarının emalı aparılır.

Yaxın günlərdə nəticələrin Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir