"Ya Avropa İttifaqı vahid olacaq, ya da ümumiyyətlə olmayacaq". Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Romada Birliyin 60 illik yubiley sammitində bildirib.
"Yalnız vahid Avropa, yalnız müstəqil Avropa demokratiyanın zəmanəti ola bilər", - deyə D.Tusk qeyd edib.
Budəfəki sammitdə Aİ-ni tərk edən Böyük Britaniya iştirak etmir.
Modern.az