Modern.az

İŞİD-ə qarşı döyüşlərə fasilə verildi

İŞİD-ə qarşı döyüşlərə fasilə verildi

25 Mart 2017, 17:24

İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərinin terrorçulardan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlara fasilə verilib.

 

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, İraq ordusu əməliyyatlar çərçivəsində həlak olan mülki vətəndaşların sayı artdığından bu qərara gəlib.

 

 

Qeyd edək ki, Mosul şəhəri iki ilə yaxındır ki, İŞİD-in nəzarəti altındadır. Şəhərin terrorçulardan azad edilməsi uğrunda əməliyyat 2016-cı il oktyabrın 17-də başlayıb. Əməliyyatlarda İraq hərbi qüvvələri ilə birlikdə kürd birləşmələri, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya da iştirak edir.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi