Modern.az

Taekvondoçular beynəlxalq sertifikata layiq görülüblər - FOTOLAR

Taekvondoçular beynəlxalq sertifikata layiq görülüblər - FOTOLAR

25 Mart 2017, 19:00

Bu gün Azərbaycan Taekvondo Federasiyasının inzibati binasında  federasiyanın texniki direktoru Oh Kvang Chol tərəfindən Dan intahanı keçirilib. Modern.az xəbər verir ki, 60-dan çox taekvondoçunun qatıldığı imtahanda Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının üzvləri on nəfərlik heyətlə iştirak edib.

Baş məşqçi Elməddin Vəliyev və köməkçi məşqçi Amid Vəliyevin yetirmələri - Turhan İbrahimli, Ərhan İbrahimli, Aydan Əliyeva, Nihad Əlizadə, Turhan Cəfərov, Emil Novruzzadə, Adil Məmmədov, Səid İbrahimov, Nəsimi Bayramov, Nurlan Cəfərov  imtahanı uğurla keçərək Qara kəmər 1-ci Danın (pum) sahibi kimi beynəlxalq sertifikata layiq görülüblər. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...