Modern.az

“Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə inkişaf edir”

“Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə inkişaf edir”

Aktual

25 Mart 2017, 20:01

“Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə, o cümlədən parlamentlər arasında inkişaf edir. Biz strateji tərəfdaşlarıq”. Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov bildirib.

Ə.Amaşov ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib: “Vaxtaşırı Gürcüstan parlamentinin üzvləri ilə səmərəli görüşlərimiz olur. Biz bu cür görüşlərin, qarşılıqlı səfərlərin sayını artırmaq niyyətindəyik. İnanıram ki, biz deputatlar olaraq dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına öz töhfəmizi verəcəyik”.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir