Modern.az

"Öz komandama, əzmkar futbol sərgiləyəcəyimizə inanıram" - Robert Prosineçki

"Öz komandama, əzmkar futbol sərgiləyəcəyimizə inanıram" - Robert Prosineçki

25 Mart 2017, 20:55

"Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm. Bir həftədir birgəyik. Məşq prosesindən tam razıyam. Almaniyanı təhlil etməyə çox vaxt lazımdır. Əlimizdən gələni edəcəyik ki, belə bir rəqib sabah heç nə edə bilməsin". Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Almaniya yığması ilə martın 26-da keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib. Daha sonra 48 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Start heyətini müəyyənləşdirmisiniz?

- Bundan vacib sual yoxdur? Gözləyirdim ki, bu sualı axırda verəsiniz.

- Almaniyaya qarşı hansı oyun üslubuna üstünlük verəcəksiniz?

- İngiltərə - Almaniya oyununu izləmişik. Bundestimdə top-klublarda, Çempionlar Liqasında çıxış edən futbolçular var. Onların təkcə taktiki-texniki yox, fiziki durumları da çox güclüdür. Komandama tapşırıq vermişəm. Əks-hücum da olacaq, başqa yolu da var. Amma onu açıqlamaq istəmirəm. Elə edəcəyik ki, rəqib bizə asanlıqla oyun sərgiləməsin.

- Komandanızın fiziki vəziyyəti qaydasındadır?

- Komandamızın məşq prosesinə söz ola bilməz. Onların hamısının fiziki durumundan razıyam. Motivasiyaya gəldikdə, belə rəqibə qarşı oynamaqdan güclü motivasiya ola bilməz. Ona görə də futbolçularıma bu barədə danışmağa ehtiyac yoxdur.

- Hava toplarındakı problemlər həllini tapıb?

- Almaniya yığmasına qarşı təkcə uzun ötürmələrlə yox, sürətli futbol oynamır. Amma mən öz komandama, əzmkar futbol sərgiləyəcəyimizə inanıram.

- Heyətdə görmək istədiyiniz, amma cəlb edə bilmədiyiniz futbolçu var?

- Bu suala açıq cavab verəcəyəm. Maksim Medvedevin fiziki durumu əsas heyətdə meydana çıxmağa imkan vermir. Sabahkı oyuna 100 faiz sağlam futbolçular çıxacaq. Ona görə də bəli, elə futbolçular var ki, heyətdə görə bilməyəcəyik.

- Udsanız qəhrəman olacaqsınız, uduzsanız, bu, adi qarşılanacaq. İndiyədək belə durumla qarşılaşmısınız?

- Məncə, bu hal Azərbaycan yığmasına aid deyil. Dünyada 100-dək ölkə yığması var ki, Almaniyadan xal almağı arzulayır. Biz də bunun üçün çalışacağıq.

- Sizcə, Kamran Ağayevin "Boavişta"da üzləşdiyi problemin səbəbi nədir?

- Biz tarix yazırıq. Biz San Marino, Norveç kimi komandalara əsas heyətə düşə bilməyən qapıçı ilə çıxış etmişik. Səlahət Ağayev zədəli olduğu üçün çağıra bilməmişik. Kamran Ağayev bir çox oyunlarda komandamızı xilas edib. Bütün xidmətlərini nəzərə alaraq, ona əsas heyətdə yer vermişik. Kamranın "Boavişta"da əsas heyətə düşə bilməməsinin səbəbini isə özü daha yaxşı bilər. Oyunçular belə məsələlərdə baş məşqçini səbəbkar göstərirlər. Ümid edirəm ki, yaxın zamanlarda özünə klub tapacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...