Modern.az

Londonda terror törədən radikal dini qrup tərkibində döyüşüb

Londonda terror törədən radikal dini qrup tərkibində döyüşüb

25 Mart 2017, 21:11

Londonda terror hücumu törədən Xalid Məsud 1992-95-ci illərdə Bosniya münaqişəsi dövründə qəddarlığı ilə tanınmış “Əl Mücahid” radikal dini qruplaşmanın tərkibində döyüşüb.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Serbiyanın “Blic” nəşri məlumat yayıb. 

Məlumata görə, X.Məsud 1993-cü ilin mayın 1-də könüllü Bosniyaya gedərək, Bosniya və Herseqovina ordusunun 3-cü korpusunun tərkibində döyüşən ərəb silahlılarından ibarət  “Əl Mücahid” dəstəsinə qoşulub.       

X.Məsud 1995-ci ilin dekabrın 25-də Bosniyadan Britaniyaya qayıdıb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir